LMShop.az - Top Tec 6320 5W-30

Top Tec 6320 5W-30

45.00,165.00,201.00 AZN

Premium sinifli, aşağı kül tərkibli və aşağı sürtünməli mühərrik yağı – ilboyu istifadə üçün uyğundur. Aşınmaya və his çöküntülərinə qarşı mühərriki effektiv şəkildə qoruyur. Yüksək səviyyədə çirki saxlayan və təmizləyici xüsusiyyətləri sayəsində mühərriki nəzərəçarpacaq dərəcədə təmiz saxlayır. Bu, LSPI (Low Speed Pre-Ignition) təsirlərinə qarşı optimal müdafiə təmin edir. Benzin və dizel hissəcik filtrləri ilə təchiz olunmuş nəqliyyat vasitələri üçün xüsusilə uyğundur. Mühərrikin ömrünü uzatmağa kömək edir.

Əsasən Stellantis qrupuna daxil olan Citroën, DS, Fiat, Jeep, Opel və Peugeot markaları, eləcə də PSA mühərrikli Toyota modelləri üçün nəzərdə tutulub. Bu spesifikasiyaya uyğun yağ EB2 benzin mühərrikləri üçün tövsiyə olunur. Məsələn: EB2 Turbo Gen1 və Gen2 (1.2L PureTech), həmçinin EB NA Gen1 və Gen2 (atmosfer mühərrikləri). Qeyd edək ki, EB2 Turbo Gen3 mühərrikləri üçün uyğun deyil.

Dizel mühərriklərdə isə bu spesifikasiyaya uyğun yağ DV5Rx (1.5L BlueHDi), DW12RUx və DW10Fx mühərrikləri üçün tələb olunur. Bu spesifikasiyaya cavab verən yağı tələb edən digər istehsalçıların modellərində də istifadə edilə bilər.



Xüsusiyyətləri:

- Aşağı kül tərkibi (Low SAPS)
- Yüksək aşınma qoruması
- Əla təmizləyici və çirki saxlayan qabiliyyət
- LSPI (Low-Speed Pre-Ignition) əleyhinə müdafi
Yanacağa qənaət
- İstiyə və oksidləşməyə qarşı yüksək sabitlik
- Zərərli çöküntülərə qarşı müqavimət
- Uzadılmış yağ dəyişmə intervalı (Longlife)
- Turbo və katalizator üçün uyğundur


Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
ACEA C3
API SP
Stellantis FPW9.55535/03
Peugeot Citroen (PSA) B71 2290
Peugeot Citroen (PSA) B71 2297

Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı