LMShop.az - Motorbike 4T 10W-40 Street

Motorbike 4T 10W-40 Street

30.00,107.00 AZN

Şosse motosikletlərinin hava və su ilə soyudulan, yaş və ya quru muftalı, 4 taktlı benzin mühərrikləri üçün yüksək keyfiyyətli HC-sintetik mühərrik yağı. Bütün istismar şəraitlərində mühərrikin yüksək performansını və qorunmasını, optimal yağlanma, mühərrikin yağ sisteminin təmizliyini, əla sürüşmə və minimum aşınmanı, həmçinin səlist sürət ötürmələrini təmin edir. Müxtəlif illərdə istehsal olunmuş geniş çeşiddə motosiklet mühərriklərində istifadə üçün uyğundur.



Xüsusiyyətləri:

Normal və ağır şəraitdə istismar olunan, hava və su soyutma sistemli 4 taktlı mühərriklərdə istifadə üçün nəzərdə tutulub. Həm yaş, həm də quru muftalı mühərriklərdə istifadə oluna bilər.

  • - bütün iş rejimlərində mühərrik və sürətlər qutusunun optimal yağlanması
  • - stabil yağ özlülüyü və yağ təzyiqi
  • - mühərrikin yuxarı dövrlərdə iş rejimlərinə dözümlüdür
  • - yağ sisteminin əla təmizliyini təmin edir
  • - mühərriki aşınmadan qoruyur
  • - aqreqatların işləməsi zamanı yaranan səsləri azaldır
  • - mühərrikin asan işə düşməsini təmin edir
  • - optimal köhnəlmə stabilliyi və aşağı yağ sərfiyyatı
  • - katalizatorlu mühərriklərdə istifadə oluna bilər

Hazırlanmasında stifadə olunmuş HC-sintetik baza yağları yuxarı özlülük indeksi və əla aşınmaya qarşı xüsusiyyətləri özündə birləşdirir. Tərkibindəki müasir qatqı paketi friksiyon materiallarla tam uyğunluğu və mototexnikanın həm mühərrikinin, həm də sürətlər qutusunun optimal yağlanmasını  təmin edir. Liqui Moly Motorbike 4T 10W-40 Street yağından istifadə ümumi istifadə yollarında istismar olunan standart motosiklet mühərriklərinin resursunu artırır və daha da etibarlı istismarına şərait yaradır.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ sisteminin yuyucu vasitələri)



Uyğunluq və tövsiyyələr:
API SN PLUS
JASO MA2

Yağ tipi: Sintetik
Özlülük: 10W-40
Motor tipi: 4 taktlı