Benzin sistemi təmizləyicisi - Motorsystemreiniger Benzin
31.00 AZN
Tərkibində yüksək miqdarda təmizləyici və korroziya əleyhinə maddələr olan bu vasitə, ən son qatqı texnalogiyası əsasında hazırlanmışdır. Xüsusilə birbaşa püskürtmə sistemlərində yaranan ağır çöküntüləri də aradan qaldırır. Mühərrik zədələnməsi riskini azaldır və bütün yanacaq sistemini korroziyadan qoruyur. Mühərriki orijinal performansını və işlənmiş qazların aşağı emissiya göstəricilərini təmin edir, nəticədə yanacaq sərfiyyatını azaldır.
Xüsusiyyətləri:
- Zərərli maddələrin aşağı emissiyasına zəmanət verir
- Mühərrik performansını optimallaşdırı
- Bütün yanacaq sistemindəki çöküntüləri aradan qaldırır
- Yanacaq sistemində korroziyanın qarşısını alır
- Bütün yanacaq-qarışıq formalaşmasını təmin edir
- Katalizatorlarla istifadə üçün sınaqdan keçirilmişdir
- Aşağı yanacaq sərfiyyatına zəmanət verir
- Enjektorları təmiz saxlayır
İstifadə qaydası:
Bütün benzin sistemləri üçün, turbolu və turbossuz, xüsusilə birbaşa püskürməli injektor sistemlərində istifadə edilə bilər. Yanacaq çəninə birbaşa əlavə edilir. 300 ml 75 litr yanacaq üçün kifayətdir.