Silah yağı (sprey) - GunTec Waffenpflege-Spray
17.00 AZN
Müxtəlif növ odlu və soyuq silahların təmizlənməsi və qulluq olunması üçün vasitə.
İdman və turnir silahları, iri və xırdaçaplı, o cümlədən pnevmatik silahlar da daxil olmaqla müxtəlif növ silahların texniki qulluq işlərində istifadə olunur. Qara barutun yaratdığı turşu çöküntülərini neytrallaşdırır və aradan qaldırır. Silahın hissə və mexanizmlərinin düzgün işləməsini təmin edir.
Odlu, antik və ya soyuq silahların, eləcə də xüsusi alətlərin saxlanması və texniki qulluq zamanı müntəzəm istifadə üçün tövsiyə olunur.
Xüsusiyyətləri:
Silahın və müxtəlif mexanizmlərin hissələrinin keyfiyyətli təmizlənməsini, yağlanmasını və qorunmasını təmin edir.
- Çətin çatılan hissələrə yüksək nüfuzetmə qabiliyyəti
- Silahın detallı və keyfiyyətli təmizlənməsi
- Korroziyadan və oksidləşmədən effektiv qoruma
- Nəmişliyin effektiv şəkildə uzaqlaşdırılması
- İstifadə zamanı hissələrin aşınmasının azalması
- Müxtəlif materiallara qarşı neytral təsir
- Istifadədə rahatlıq və praktiklik
GunTec Waffenpflege-Spray silah yağı-spreyi aerozol balonçasında təqdim olunur və silah mexanizmlərinin yüksək keyfiyyətlə işləməsini təmin edir.
Bu, silahın etibarlılığını maksimum artırır.
Həmçinin, bu sprey silahların servis mərkəzləri xaricində – adi şəraitdə texniki qulluq üçün də uyğundur və tövsiyə olunur.