LMShop.az - Special Tec AA 0W-16

Special Tec AA 0W-16

29.00,98.00,124.00 AZN

Müasir Asiya və Amerika istehsalı olan avtomobillərin yeni nəsil benzin mühərriklərində (həmçinin hibrid mühərriklərlə təchiz olunmuş avtomobillərdə) istifadə üçün nəzərdə tutulmuş aşağı özlülüklü mühərrik yağı. Soyuq mühərriki işə salarkən detalların sürətli yağlanmasını və maksimum mümkün yanacağa qənaət göstəricilərini təmin edir. Yaponiya, ABŞ və Koreyanın ən son ekoloji normativlərinin tələblərinə cavab verir. Honda, Suzuki, Toyota, Lexus avtomobilləri üçün tövsiyyə olunur.



Xüsusiyyətləri:

Sintez texnologiyası ilə alınmış yuxarı keyfiyyətli baza yağları və ən müasir qatqı paketindən ibarət tərkibi bu yağın yüksək göstəricilərə malik olmasını təmin edir.

  • - yüksək yağlayıcı və aşınmadan qoruma göstəriciləri
  • - yanacağa qənaəti təmin edir
  • - yüksək termooksidləşmə stabilliyi
  • - mühərrikin resursunu artırır
  • - mühərrikin yağ sistemini əla təmizləyir
  • - aşağı temperaturlarda sürətli yağlanmanı təmin edir
  • - xaric qazların emissiyasını azaldır
  • - katalizatorlu və turbinli mühərriklərdə istifadə oluna bilər

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ sisteminin yuyucu vasitələri)



Uyğunluq və tövsiyyələr:
API SP
ILSAC GF-6B
Honda
Lexus
Suzuki
Toyota

Yağ tipi: Sintetik
Özlülük: 0W-16
Motor tipi: 4 taktlı