LMShop.az - Dizel qatqısı K - Diesel Additiv K

Dizel qatqısı K - Diesel Additiv K

7055.00,67.00 AZN

Dizel yanacaq sistemlərinin təmizlənməsi, qorunması və yanacağın keyfiyyətinin artırılması üçün kompleks təsirli professional vasitə. Dizel yanacaq sistemində, forsunkalarda və yanma kamerasında yaranan his, qurum, çöküntü və korroziyanı təmizləyir və gələcəkdə yaranmasının qarşısını alır. Tərkibindəki Lubricity Improver maddəsi aşağı kükürdlü dizel yanacaqlarının yağlayıcı xüsusiyyətini bərpa edir. Yanacaq doldurma məntəqələri və özəl avtomobil parkları olan müəssisələr üçün nəzərdə tutulan yüksək konsentrasiyalı bu vasitənin 1 litri 1000 litr dizel yanacağına əlavə olunur.

Dizel yanacağının keyfiyyət göstəricilərini artırır. Daimi istifadə etdikdə dizel yanacaq sisteminin təmizliyini təmin edir. Bütün növ dizel yanacaq sistemli mühərrikərdə istifadə oluna bilər.



Xüsusiyyətləri:

Xarakterik iyli göy rəngli maye. Tərkibində təmizləyici komponentlərin yüksək konsentrasiyası artıran qatqı var.

  • - Dizel yanacaq sisteminin bütün aqreqatlarının təmizliyini təmin edir
  • - Dizel yanacağının setan ədədini artırır
  • - Yanacağın daha yaxşı yanmasını təmin etməklə yanacaq sərfiyyatını azaldır və mühərrikin gücünü artırır
  • - Mühərrikin daha stabil işləməsinə kömək edir
  • - Dizel yanacağının yağlayıcı xüsusiyyətlərini normallaşdırır
  • - Katalizator və DPF (Dizel Qurum Filtri) ilə təchiz olunmuş avtomobillərdə və bütün növ dizel yanacaq sistemlərində istifadə oluna bilər

Diesel Additiv K vasitəsindən daimi istifadə dizel mühərriklərinin yanacaq sistemi aqreqatlarının istismar müddətini uzatmağa, avtoparkın təmir və istismar xərclərini azaltmağa kömək edir. Dizel mühərrikli aqreqatların uzunmüddətli konservasiyası üçün bu vasitənin 1% nisbətində yanacağa qatmaq olar. Gəmilərin dizel mühərrikləri üçün də xüsusilə tövsiyyə olunur.

İstifadə qaydası:

Hər yanacaq doldurmada 100 ml qatqını avtomobilin yanacaq çəninə 100 litr dizel yanacağına əlavə etmək lazımdır.

Ümümi istifadə üçün nəzərdə tutulmuş yanacaq çənlərində (yanacaq doldurma məntəqələri və ya avtoparkın yanacaq çənləri) 1 litr qatqı 1000 litr dizel yanacağına əlavə olunur.

Bütün Dizel Yanacaq Qatqılarına keçid 



Artikul: