LMShop.az - Katalizator təmizləyicisi - Catalytic System Cleaner

Katalizator təmizləyicisi - Catalytic System Cleaner

18.00 AZN

Benzin mühərriklərin katalizator sisteminin tam yanmamış yanacaq məhsullarının qalıqlarından təmizlənməsi üçün xüsusi vasitə. 
Liqui Moly Catalytic System Clean vasitəsi katalizatorun, yanacaq püskürtmə sistemi və yanma kamerasının qətranlı çöküntülər, his və çirkdən effektiv və sürətli təmizlənməsini təmin edir, yanacaq sərfiyyatını aşağı salır və ətraf mühitə atılan zərərli maddələrin miqdarını azaldır. 



Xüsusiyyətləri:

Tərkibində xüsusi təmizləyici və qoruyucu qatqılar olan kompleks vasitə. Katalizatorda və yanma kamerasında toplanan hisi və yanma qalıqlarını yüngül və təhlükəsiz şəkildə təmizləyir, yanacaq sisteminə qulluq etməklə korroziyanın yaranmasının qarşısını alır.

  • - katalizatoru his və qurumdan təmizləyir
  • - çöküntülərin yaranmasının qarşısını alır
  • - yanacaq sistemini təmizləyir və qoruyur
  • - korroziyanın yaranmasının qarşısını alır
  • - yanacağın tam yanmasını təmin edir
  • - yanacaq sərfiyyatını azaldır
  • - uzunmüddətli təsirə malikdir

Benzin mühərriklər üçün nəzərdə tutlumuş Liqui Moly Catalytic-System Clean katalizator təmizləyicisindən istifadə yanacaq püskürtməs sistemini və yanacaq forsunkalarını çox effektiv və sürətli təmizləməyə imkan verir. Qatqıdan istifadədən sonra mühərrik daha səlist və rəvan işləyir. Qatqının hər 2000 km-dən bir istifadəsi katalizatorun və mühərrikin resusrsunu artırmağa imkan verir.

İstifadə qaydası:

Qatqı birbaşa yanacaq çəninə əlavə olunur. 300 ml olan bir flakon qatqı 70 litr benzin üçün nəzərdə tutulub. Hər 2000 km-dən istifadə olunması tövsiyyə olunur.
Qeyd: bu qatqı dəmir və marqans birləşmələri tərkibli çöküntü və qalıqları təmizləmir.