Yağ özlülüyü stabilləşdiricisi Visco-Stabil
23.00 AZN
Mühərrik yağlarının özlülük indeksini stabilləşdirmək üçün hazırlanmış müasir, çox funksiyalı, yüksək performanslı yağ qatqısı.
Visco-Stabil ən çətin iş şəraitində, mexaniki yüklənmə zamanı yağın durulaşmasına qarşı mükəmməl qorumanı təmin edir və tez-tez soyuq işəsalınma zamanı mühərrik yağının özlülük itkisinin qarşısını alır.
Mühərrik yağının yüksək-temperatur özlülüyünü bərpa edir və sabit saxlayır. Yağ təzyiqini stabilləşdirir. Yüksək yüklənmə şəraitində mühərrik hissələrini qoruyur. Tez-tez soyuq işə salınma zamanı mühərrik yağının özlülüyünün azalmasının qarşısını alır.
Xüsusilə köhnə avtomobillər üçün tövsiyə olunur. Hidravlik klapan kompensatorlarının səsini azaldır və kompressiyanı artırır. Soyuq yağın ilkin xüsusiyyətlərinə təsir etmir. Uzun yağ dəyişmə intervallarında istifadəsi tövsiyə olunur.
Xüsusiyyətləri:
Qatqı maddəsi, özlülük indeksini artıran polimer əsaslı kimyəvi maddələrə əsaslanır. Yağın özlülük–temperatur göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, lakin eyni zamanda bu qatqı maddəsi depressor xüsusiyyətlərə malik deyil, yəni yağın aşağı temperatur xüsusiyyətlərinə təsir etmir.
- Benzin və dizel mühərrikləri üçün nəzərdə tutulmuş müasir sintetik və mineral mühərrik yağları ilə tam uyğundur.
- Mühərrik yağının özlülük indeksini artıran qatqı texnologiyası müasir universal mühərrik yağlarının tələblərinə tam cavab verir.
- İş şəraitindən asılı olaraq mühərrik yağının özlülüyünü stabilləşdirir
- Qatqı maddəsi, mühərrik yağının özlülük dərəcəsini qorumaqla daha yaxşı sürtkü xüsusiyyətləri təmin edir, bununla da silindr-porçen qrupunun aşınmasını azaldır və kipliyi yaxşılaşdırır.
- Bütün istifadə şəraitində özlülük itkisini və yağlamanın sabitliyini optimallaşdırır.
- Mineral və sintetik yağlarla tam uyğundur.
- Mühərrikin səsini azaldır və bütün iş şəraitlərində optimal yağ təzyiqini təmin edir.
- Yağ sərfiyyatını azaldır, porşen halqalarının işini yaxşılaşdırır və aşınmanı minimuma endirir.
İstifadə qaydası:
Benzin və dizel mühərrikləri üçün olan sintetik və mineral yağlarla tam uyğundur.
Bir flakon (300 ml) qatqı 5 litr mühərrik yağı üçün nəzərdə tutulub.