LMShop.az - Mühərrik yağ sistemi yuyucusu (№ 2) - Ölsystem Spülung Effektiv

Mühərrik yağ sistemi yuyucusu (№ 2) - Ölsystem Spülung Effektiv

28.00 AZN

Ölsystem Spülung Effektiv yağ sisteminin yuyucusu intensiv tıxaclar, aqressiv sürüş tərzi və normadan yuxarı yağdəyişmə intervalları şəraitində istismar olunan mühərriklərin yağ sisteminin effektiv təmizlənməsi üçün istifadə olunur.
Mühərrik yağlarının tərkibində istifadə olunan yuyucu qatqıların gücləndirilmiş paketi hesabına daxili divarlarda yaranan çöküntüləri və mürəkkəb çirki effektiv həll edir. (Yağ pompasının və yağ sisteminin digər hissələrinin kanallarını tutmadan)



Xüsusiyyətləri:
  • - Mühərrikdən süzülüb boşalmayan köhnə yağ qalığını əhəmiyyətli dərəcədə azaldır və yeni yağın istismar müddətini uzadır
  • - Tərkibindəki qoruyucu qatqılar paketi hesabına mühərrikin daxilini təhlükəsiz olaraq təmizləyir və sürtünməni azaldan qoruyucu qat yaradır
  • - Yağ sisteminin rezin elementlərini qoruyan kompleks tərkibə malikdir
  • - İstifadədən sonra köhnə yağla birlikdə təmamilə sistemdən çıxır
  • - Həm benzin, həm də dizel mühərriklərdə istifadə üçün yararlıdır

Bu məhsul ağır istismar şəraiti və uzun yağdəyişmə intervalları nəticəsində mühərrikdə yaranan mürəkkəb çöküntüləri təmizləməklə, gələcəkdə gözlənilən və bahalı təmirə səbəb ola bilən problemlərin qarşısını alır.

İstifadə qaydası:

  1. Yağdayişmə öncəsi isti mühərrikin yağ sisteminə əlavə edin (5 litr yağa 300 ml qatqı hesabı ilə). 
  2. Mühərriki işə salıb, avtomobili sürmədən 10 dəqiqə ərzində işlədin. (Mühərrikə yeni yağ əlavə edənədək avtomobili sürmək olmaz!)
  3. Mühərriki söndürüb köhnə yağı boşaldın və yağ filtrini dəyişin
  4. Mühərrikə yeni, yüksək keyfiyyətli yağ əlavə edin.