LMShop.az - Special Tec DX1 5W-30

Special Tec DX1 5W-30

25.00,33.00,120.00,147.00 AZN

Xüsusən GM dexos1™ Gen 2 spesifikasiyalı yağların istifadəsi tələb olunan General Motors və Opel avtomobillərinin müasir mühərrikləri üçün nəzərdə tutulmuş, sintetik texnologiyalar əsasında hazırlanan mühərrik yağı. Həmçinin digər avtomobil istehsalçılarının turbinli, birbaşa yanacaq püskürtmə sistemli və bu texnologiyaların birgə istifadə olunduğu GDI-Tubo mühərriklərində istifadə üçün də tövsiyyə olunur.



Xüsusiyyətləri:

Sintetik texnologiyalar əsasında hazırlanan müasir, yüksək keyfiyyətli mühərrik yağı. Yanacaq sərfiyyatını optimallaşdırır, soyuq mühərrikin rahat işə düşməsini, aşınmadan qorunmanı və mühərrikin yağ sisteminin təmizliyini təmin edir. Aşağı Sürətlərdə Öncədən Alışmanının (LSPI - Low Speed Pre-Ignition) qarşısını alan innovativ qatqı texnologiyası mühərrikin üzünmüddətli və aşağı təmir xərcləri ilə istismarını təmin edir. Yağdəyişmə intervallarını uzatmaqla yanaşı, avtomobil istehsalçılarının yüksək texniki tələblərinə də cavab verir. HC-sintetik baza yağı və ən müasir qatqı paketi sayəsində:

  • - Mühərrikin yağ sisteminin təmizliyini yüksək səviyyədə təmin edir
  • - Aşağı temperaturlarda yağ mühərrikin bütün hissələrinə sürətlə çatır
  • - Aşınmadan əla qorunmanı və etibarlı yağlanmanı təmin edir
  • - Çox aşağı yağ buxarlanma göstəricisinə malikdir
  • - Yanacağa qənaət etməyə və ətraf mühitə zərərli tullantıların miqdarını azaltmağa imkan verir
  • - Turbinli və katalizatorlu mühərriklərdə istifadə oluna bilər
  • - Yüksək temperaturlara dözümlüdür

Special Tec DX1 5W-30 mühərrik yağı General Motors, OPEL və s. avtomobil istehsalçılarının xüsusi tələblərinə və spesifikasiyalarına cavab verdiyindən, bu yağdan istifadə həmin avtomobillərin texniki baxışı və təmiri zamanı avtomobil istehsalçısının zəmanət şərtlərinin qüvvədə qalmasına imkan verir.
Mühərrik yağını dəyişərkən avtomobil istehsalçısının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ Sisteminin Yuyucu Vasitələri)



Uyğunluq və tövsiyyələr:
API SP
ILSAC GF-6A
API SN + RC
Chrysler
Ford WSS-M2C 946-A
Ford WSS-M2C 946-B1
Ford WSS-M2C 961-A1
GM dexos1 Gen 2
Honda
Hyundai
Kia
Mazda
Nissan
Toyota

Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı