LMShop.az - Top Tec 6300 0W-20

Top Tec 6300 0W-20

40.00,183.00 AZN

Ən son Mercedez-Benz modellərinin MB 229.71 spesifikasiyası tələb olunan benzin mühərrikəri üçün premium sinifdən olan aşağı özlülüklü HC-sintetik mühərrik yağı. Sürtünmə, aşınma və yanacaq sərfiyyatını azaldır, optimal yağlama, yağ qatının stabilliyini və mühərrikin maksimum dinamik göstəricilərini təmin edir. Uzun yağdəyişmə intervalları və ağır iş rejimində işləyən mühərriklər üçün tövsiyyə olunur. Həmçinin Jaguar, Land Rover və digər Mercedes-Benz mühərriklərinin də xüsusi tələblərinə cavab verir.



Xüsusiyyətləri:

Liqui Moly Top Tec 6300 0W-20 yağında istifadə olunan xüsusi yağ-qatqı tərkibi  onun aşağı temperaturlarda da əla qoruyucu xüsusiyyətlərə malik olmasını təmin edir. İstifadə olunan müasir qatqı paketi aşınmanın qarşısını alır və yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə aşağı salır.

  • - mühərrikin maksimum dinamikasını təmin edir
  • - yağ sistemini yüksək səviyyədə təmizləyir
  • - aşınmadan maksimum qoruma
  • - mühərrikin resursunu artırır
  • - bütün iş rejimlərində optimal yağ təzyiqi
  • - köhnəlməyə qarşı əla müqavimət
  • - yanacağa qənaət
  • - aşağı yağ sərfiyyatı
  • - zərəli tullantıların miqdarını azaldır
  • - çox yüksək temperatur/özlülük göstəriciləri
  • - katalizator və turbinli mühərriklərdə istifadə oluna bilər

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ Sisteminin Yuyucu Vasitələri)



Uyğunluq və tövsiyyələr:
API SN
ACEA C5
MB 229.71
Jaguar / Land Rover STJLR.51.5122

Yağ tipi: Sintetik
Özlülük: 0W-20
Motor tipi: 4 taktlı