LMShop.az - MoS2 Leichtlauf Super Motoroil 10W-40

MoS2 Leichtlauf Super Motoroil 10W-40

27.00,100.00,120.00 AZN

Liqui Moly-nin “visit kartı” sayılan Molibden Disulfid (MoS2) qatqısı  və yüksək keyfiyyətli baza yağlarından hazırlanmış yarımsintetik mühərrik yağı. Ağır iş rejimində çalışan benzin və dizel mühərriklər üçün tövsiyyə olunur. Liqui Moly MoS2-Leichtlauf Super Motoroil 10W-40 yağı müasir texnologiyalardan istifadə olunmaqla sintetik və mineral komponentlərdən hazırlanır. Tərkibindəki qatqıların yüksək faizi və yağlayıcı maddə olan Molibden Disulfid (MoS2) sayəsində bu yağ ən kritik iş rejimlərində və uzun yağdəyişmə intervallarında belə əla yağlayıcı xüsusiyyətlərini saxlayır.



Xüsusiyyətləri:

Liqui Moly MoS2-Leichtlauf Super Motoroil 10W-40 yağının tərkibindəki sintetik və mineral baza komponentləri, həmçinin, molibden disulfid (MoS2) yağlayıcı maddəsi ən ağır iş rejimlərində belə bu yağın yüksək yağlayıcı xüsusiyyətlərə malik olmasını təmin edir.

  • - Aşınmadan yüksək səviyyədə qoruma
  • - Bütün iş temperaturları diapazonunda mühərrik detallarının sürətli yağlanması
  • - Çox aşağı yağ sərfiyyatı
  • - Mühərrikin yağ sisteminin təmizliyini təmin edir
  • - Yanacaq sərfiyyatını azaldır
  • - Turbinli, katalizatorlu və kompressorlu mühərriklərdə istifadə oluna bilər
  • - Uzun yağdəyişmə intervalları üçün uyğundur

Uzun illər ərzində yoxlanılmış və etibar qazanmış MoS2 qatqısı Liqui Moly Leichtlauf seriyasından olan bu yağa yeni və daha əvvəlki nəsil avtomobillərin mühərriklərinin etibarlı qorunmasını təmin etməyə imkan verir.

Standart mühərrik yağları ilə qarışdırmaq tövsiyyə olunmur.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ Sisteminin Yuyucu Vasitələri)



Artikul:

Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SL

Yağ tipi: Yarımsintetik
Özlülük: 10W-40
Motor tipi: 4 taktlı