LMShop.az - Super Leichtlauf 10W-40

Super Leichtlauf 10W-40

368.00,28.00,105.00,128.00 AZN

Müasir avtomobillər üçün HC-sintetik, aşağı özlülüklü universal mühərrik yağı. API və ACEA beynəlxalq standartlarının müasir tələblərinə,  həmçinin, Mercedes-Benz, Volkswagen Group və digər avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verir. Bu yağ oksidləşmə və yanma məhsullarına qarşı yüksək stabilliyə malik olduğundan, hətta ağır şəraitlərdə istismar olunan turbinli və interkulerli benzin və dizel mühərriklərdə istifadə oluna bilər. Xüsusilə yuxarı yürüşlü mühərriklərdə istifadəsi tövsiyyə olunur.



Xüsusiyyətləri:

Liqui Moly Super Leichtlauf 10W-40 yağının hazırlanmasında ən son sintez texnologiyaları əsasında istehsal olunan və yüksək qoruyucu xüsusiyyətləri ilə fərqlənən baza yağlarından istifadə olunur. Tərkibindəki qatqı paketi isə detalların aşınmadan qorunmasını və mühərrikin bütün hissələrinin stabil yağlanmasını təmin edir.   

  • - Aşağı və yuxarı temperaturlarda stabil yağ qatı yaradır
  • - Rezin hissələrin elastikliyini bərpa etməklə aşağı yağ sərfiyyatını təmin edir
  • - Yüksək aşınmadan qoruma göstəriciləri
  • - Mühərrikin optimal təmizliyi
  • - Turbinli və katalizatorlu mühərriklərdə də istifadə oluna bilər

Müsair sintez texnologiyaları sayəsində Leichtlauf nəslindən olan yağlar heç də klassik PAO-sintetik yağlardan geri qalmır, qiymət cəhətdən isə daha münasibdirlər. Orijinal yağ spesifikasiyalarının tələblərinə cavab verdiyindən Liqui Moly Super Leichtlauf 10W-40 yağından istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Artikul:

Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SN
MB 229.1
MB 229.3
Fiat 9.55535-D2
Fiat 9.55535-G2
Peugeot Citroen (PSA) B71 2300
Renault RN 0700
Renault RN 0710
VW 501 01
VW 505 00

Yağ tipi: Sintetik
Özlülük: 10W-40
Motor tipi: 4 taktlı