LMShop.az - Special Tec AA 5W-20

Special Tec AA 5W-20

33.00,116.00,143.00 AZN

Asiya və Amerika avtomobillərinin əksəriyyətində, fəsildən asılı olmayaraq istifadə olunmaq üçün nəzərdə tutulmuş müasir, aşağı özlülüklü, HC-sintetik mühərrik yağı. Əla yanacağa qənaət göstəricilərinə malikdir. Yaponiya, ABŞ və Koreyanın benzin mühərriklər üçün təyin olunmuş ən son ekoloji normativlərinin tələblərinə cavab verir. Honda, Mazda, Mitsubishi, Nissan, Daihatsu, Hyundai, Kia, Isuzu, Suzuki, Toyota, Subaru, Ford, Chrysler və GM istehsalı olan avtomobillərdə istifadə üçün tövsiyyə olunur. 5W-20 özlülük sinfinə aid olduğundan, bu yağ Yaponiya və Amerika bazarları üçün istehsal olunan Honda avtomobillərinin son nəsil mühərrikləri üçün də əla seçimdir. Uzun yağdəyişmə intervalları və mühərrikin ağır istismar rejimlərində öz keyfiyyət göstəricilərini qoruyub saxlayır.



Xüsusiyyətləri:

Sintez texnologiyası ilə alınmış keyfiyyətli baza yağları və ən müasir qatqı paketindən ibarət tərkibi bu yağın yüksək göstəricilərə malik olmasını təmin edir.

  • - aşağı temperaturlarda sürətli yağlanmanı təmin edir
  • - yüksək yağlayıcı və aşınmadan qoruma göstəriciləri
  • - ən yüksək yanacağa qənaət göstəriciləri
  • - mühərrikin resursunu artırır
  • - mühərrikin yağ sistemini əla təmizləyir
  • - xaric qazların emissiyasını azaldır
  • - katalizatorlu və turbinli mühərriklərdə istifadə oluna bilər

Liqui Moly Special Tec AA 5W-20 mühərrik yağı Asiya və Amerika avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
API SP
ILSAC GF-6A
Chrysler MS-6395
Ford WSS-M2C 930-A
Ford WSS-M2C 945-A
Ford WSS-M2C 945-B1
Ford WSS-M2C 960-A1
GM 6094 M
GM dexos1 Gen 3
Honda
Hyundai
Kia
Mazda
Mitsubishi Dia Queen
Nissan
Toyota

Yağ tipi: Sintetik
Özlülük: 5W-20
Motor tipi: 4 taktlı