LMShop.az - Special Tec AA 0W-20

Special Tec AA 0W-20

26.00,34.00,120.00,144.00 AZN

Müasir Asiya və Amerika istehsalı olan avtomobillərin yeni nəsil benzin mühərriklərində (həmçinin hibrid mühərriklərlə təchiz olunmuş avtomobillərdə) istifadə üçün nəzərdə tutulmuş aşağı özlülüklü, enerjiyə qənaətli, HC-sintetik mühərrik yağı. Soyuq mühərriki işə salarkən detalların sürətli yağlanmasını və maksimum mümkün yanacağa qənaət göstəricilərini təmin edir. Yaponiya, ABŞ və Koreyanın ən son ekoloji normativlərinin tələblərinə cavab verir. Honda, Mazda, Mitsubishi, Nissan, Daihatsu, Hyundai, Kia, Isuzu, Suzuki, Toyota, Subaru, Ford, Chrysler, GM avtomobilləri üçün tövsiyə olunur. Amerika və Yaponiya bazarları üçün istehsal olunan Honda və Toyota-nın hibrid avtomobillərinin ən müasir mühərrikləri üçün də əla seçimdir! 



Xüsusiyyətləri:

Sintez texnologiyası ilə alınmış keyfiyyətli baza yağları və ən müasir qatqı paketindən ibarət tərkibi bu yağın yüksək göstəricilərə malik olmasını təmin edir.

  • - aşağı temperaturlarda sürətli yağlanmanı təmin edir
  • - yüksək yağlayıcı və aşınmadan qoruma göstəriciləri
  • - ən yüksək yanacağa qənaət göstəriciləri
  • - mühərrikin resursunu artırır
  • - mühərrikin yağ sistemini əla təmizləyir
  • - xaric qazların emissiyasını azaldır
  • - katalizatorlu və turbinli mühərriklərdə istifadə oluna bilər

Liqui Moly Special Tec AA 0W-20 mühərrik yağı Asiya və Amerika avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
API SP
ILSAC GF-6A
Chrysler MS-6395
Ford WSS-M2C 947-A
Ford WSS-M2C 947-B1
Ford WSS-M2C 962-A1
GM 6094 M GM dexos1 Gen 3
Honda
Hyundai
Kia
Mazda
Mitsubishi Dia Queen
Nissan
Subaru
Toyota

Yağ tipi: Sintetik
Özlülük: 0W-20
Motor tipi: 4 taktlı