LMShop.az - Special Tec LL 5W-30

Special Tec LL 5W-30

27.00,31.00,119.00,144.00 AZN

Mühərrik yağı göstəricilərinə yüksək tələbləri olan Mercedes-Benz, BMW, VW, Opel kimi avtomobillərin benzin və dizel mühərriklərinin geniş spektri üçün tövsiyyə olunan mühərrik yağı. Bu avtomobillərin zavod tərəfindən təyin olunmuş yağ spesifikasiyalarına cavab verir və yuxarı qələvi ədədinə malik olması nəticəsində əla yuyucu xüsusiyyətlərə malikdir (TBN > 10,5 mqKOH/q).

Liqui Moly Special Tec LL yağı ən son texnoloji şərtlərə uyğun olaraq istehsal olunan HC-sintetik, aşağı özlülüklü, LongLife-servis tələblərinə cavab verən mühərrik yağıdır. Bu yağ turbinli və katalizatorlu mühərriklərdə sınaqdan keçirilib, yeni mühərriklərlə yanaşı, həmçinin 5W-30 özlülüyü tələb olunan 2010-cu ilə qədər istehsal olunmuş Opel mühərrikləri üçün də ideal seçimdir. HC-sintetik baza yağı və ən müasir qatqı paketi hesabına Liqui Moly Special Tec LL yağı mühərrikin aşınmadan çox yüksək müdafiəsini təmin edir, yağ sistemində çöküntünün əmələ gəlməsi və toplanmasının qarşısını alır və yağın mühərrikin bütün hissələrinə tez və stabil çatmasını təmin edir.



Xüsusiyyətləri:
  • - Uzun yağdəyişmə intervalları
  • - Yağ sisteminin yüksək təmizlik göstəricisi
  • - Aşağı temperaturlarda yağın mühərrikin bütün hissələrinə sürətli çatması
  • - Aşınmadan yüksək qoruma və etibarlı yağlama
  • - Aşağı buxarlanma və azalma göstəricisi
  • - Yanacağa qənaət və zərərli tullantıların aşağı miqdarı
  • - Turbinli və katalizatorlu mühərriklərdə istifadə oluna bilə

Liqui Moly Special Tec LL yağı BMW, VW, AUDI, GM, Mercedes-Benz və s. avtomobil istehsalşılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir. Digər mühərrik yağları ilə qarışdırmaq tövsiyyə olunmur.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SL
MB 229.5
VW 502 00
VW 505 00
BMW Longlife-01 (2018-ci ilə qədər)
Opel GM-LL-A-025
Opel GM-LL-B-025

Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı