LIQUI MOLY-dən yanvar kampaniyası - Dizel yanacağı üçün qatqılar!
01.01.2021
Liqui Moly Multifunksional dizel qatqısı "Multifunktionsadditiv Diesel" və Dizel sistemi yağlayıcısı "Diesel Schmier Additiv" qatqılarını yanvar ayı ərzində 15% endirimli qiymətlə əldə edə bilərsiniz!
Multifunksional dizel qatqısı - "Multifunktionsadditiv Diesel" (250 ml) - 17 AZN deyil, 14 AZN!
Kompleks təsirli bu vasitə yanacaq sistemində və çəndə suyu deemulqasiya edir, yanacaq sistemini təmizləyir və korroziyadan qoruyur, yanacağın yanmasını yaxşılaşdırır, bununlada mühərrikin gücünü artırır və yanacaq sərfiyyatını effektiv şəkildə azaldır.
Hər 15 litr dizel yanacağına 25 ml qatqı hesabı ilə yanacaq çəninə əlavə olunur
Dizel sistemini yağlayıcı qatqı - Diesel Schmier Additiv (150 ml) – 13 AZN deyil, 11 AZN!
Bu qatqı dizelin yağlılığını artıraraq dizel nasosunun və bütün yanacaq sisteminin lazımi səviyyədə yağlanmasını təmin edir, onların sürətlə aşınmasının qarşısını alır, mühərrikin səsini azaldır və yanacağa qənaət edir. Bütün növ dizel sistemlərinə əlavə edilə bilər.
Bu qatqı bir çən (80 litrə qədər) dizel üçündür. Hər yanacaq doldurma zamanı istifadə olunması tövsiyyə olunur.