Top Tec 4500 5W-30

Minik avtomobillərinin benzin və dizel mühərriklərində fəsildən asılı olmayaraq istifadə üçün sintetik texnologiya əsasında hazırlanmış son nəsil, aşağı özlülüklü və aşağı SKFK (low SAPS)* göstəricili mühərrik yağı.
Land Rover, Jaguar, Mazda, Ford, Mitsubishi kimi avtomobil istehsalçılarının xüsusi tələblərinə cavab verir və bu avtomombil istehsalçılarının dizel mühərrikərində istifadə üçün xüsusi olaraq tövsiyyə olunur. 
Mühərrikin maksimum iş göstəricilərini təmin etməklə yanaşı, yanacaq sərfiyyatının aşağı salınmasına kömək edir (Avropada yanacaq sərfiyyatı üzrə ən sərt tələbləri olan testlərdə (CEC-L-54-T-96/MB M 111) yanacağa 2.5% qənət göstəricisinə malikdir.) EURO 4 və daha yuxarı standartların tələblərinə cavab verir. Dizel mühərriklərində istifadə olunarkən Dizel Qurum Filtrini (DPF) qoruyur və onun uzunmüddətli istismarını təmin edir. Təbii və sıxılmış maye qazla işləyən mühərriklər üçün də əla seçimdir. 

  • Turbin və Dizel Qurum Filtri (DPF) ilə təchiz olunmuş dizel mühərriklərdə istifadəsi tövsiyyə olunur
  • Mühərrikin yağ sisteminin təmizliyini təmin edir 
  • Yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla sürətli yağlanmanı təmin edir 
  • Mühərrikin istənilən dövrlərində optimal yağ təzyiqi
  • Aşağı və yuxarı temperaturlarda optimal yağlama xüsusiyyəti
  • Yanacaq sərfiyyatının azalması və zərərli tullantıların aşağı miqdarı 
  • Çox yüksək sürtünmədən qoruma göstəricisi
  • Mühərrikin uzun müddətli və etibarlı istismarını təmin edir

Top Tec mühərrik yağlarında müasir sintez texnologiyaları ilə istehsal olunmuş və yüksək qoruyucu xüsusiyyətlərə malik baza yağlarından istifadə olunur. Bu yağların tərkibində aşağı miqdarda kükürd, fosfor və xlordan istifadə olunmaqla hazırlanmış qatqı paketi vardır. Bu səbəbdən Top Tec nəslinə aid olan yağlar müasir mühərriklərdə istifadə olunan xaric qazların neytallaşdırma sistemlərinin (katalizator, Dizel Qurum Filtri - DPF) spesifikasiyalarına cavab verir və ətraf mühitə atılan zərərli maddələrin  miqdarını azaldır. Top Tec 4500 yağından istifadə mühərrikin etibarlı istismarını və müasir dizel mühərriklərində istifadə olunan, bahalı detallardan biri olan xaric qazların katalitik neytarallaşdırıcısının və Dizel Qurum Filtirinin (DPF) istismar müddətinin artırılmasını təmin edir. Avtomobil istehsalşılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.

SKFK (SAPS)*  - Sulfatlı Kül, Fosfor, Kükürd (Sulphated Ash, Phosphorus, Sulphur)

115 AZN
Artikul:
3729/2318
Uyğunluq və tövsiyyələr:
ACEA C1
JASO DL-1
Ford WSS-M2C934-B
Jaguar / Land Rover STJLR.03.5005
Mazda
Mitsubishi
Yağ tipi:
Sintetik
Özlülük:
5W-30
Mühərrik tipi:
4 taktlı