Top Tec 4400 5W-30

Renault və Nissan orijinal yağ spesifikasiyalarının tələblərinə cavab verən, Aşağı SKFK (Sulfat Külü, Fosfor və Kükürd) göstəricili HC-sintetik mühərrik yağı. Dizel Qurum Filtrinin (DPF) uzun müddət zədələnmədən və tutulmadan işləməsini təmin edir. Sıxılmış təbii qaz və maye qazla (CNG/LPG) işləyən mühərriklər üçün də əla seçimdir. EURO 4 və daha yuxarı standartların tələblərinə uyğundur. Xüsusi ilə 2007-ci ildən başlayaraq istehsal olunmuş Renault və 2010-cu ildən başlayaraq istehsal olunmuş Nissan avtomobillərinin çoxpilləli katalizator və Dizel Qurum Filtri (DPF) ilə təchiz olunmuş mühərrikləri üçün tövsiyyə olunur.

Xüsusiyyətləri:
Top Tec mühərrik yağlarında müasir sintez texnologiyaları ilə istehsal olunmuş və yüksək qoruyucu xüsusiyyətlərə malik baza yağlarından istifadə olunur. Bu yağların tərkibində aşağı miqdarda kükürd, fosfor və xlordan istifadə olunmaqla hazırlanmış qatqı paketi vardır. Bu səbəbdən Top Tec nəslinə aid olan yağlar müasir mühərriklərdə istifadə olunan xaric qazların neytallaşdırma sistemlərinin (katalizator, Dizel Qurum Filtri - DPF) tələblərinə cavab verir və ətraf mühitə atılan zərərli maddələrin  miqdarını azaldır.

  • Aşağı temperaturlarda yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla optimal yağlanmanı təmin edir 
  • Mühərrik aşınmasına qarşı yüksək qoruma göstəricilər
  • Yağ sisteminin təmizliyini təmin edir
  • Son nəsil xaric qazların neytallaşdırma sistemlərinin tələblərinə cavab verir
  • Zərərli tullantıların miqdarını azaldır

Top Tec 4400 yağından istifadə mühərrikin etibarlı istismarını və müasir mühərriklərdə istifadə olunan, bahalı detallardan biri olan xaric qazların katalitik neytarallaşdırıcısının və Dizel Qurum Filtirinin (DPF) istismar müddətinin uzadılmasını təmin edir. Avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.
Mühərrik yağını dəyişərkən avtomobil istehsalçısının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.

122 AZN
Artikul:
3751/2322
Uyğunluq və tövsiyyələr:
ACEA C4
MB 226.51
MB 229.51
Renault RN 0720
Yağ tipi:
Sintetik
Özlülük:
5W-30
Mühərrik tipi:
4 taktlı