Suya davamlı sprey - Gewebe Impragnierung

Müxtəlif parça və dəri örtüklərin nəm və rütubətdən optimal qorunması üçün vasitə.

Tərkibindəki xüsusi komponentlər sayəsində suyun parçaya hopmasının və ləkələrin yaranmasının qarşısını alır. Kabrioletlərin parça dam örtüyü, ryukzak və əl çantaları, tentlər, çadırlar, idman paltarları, günlüklər, xüsusi iş paltarları və ayaqqabılarını, yun və sintetik örtükləri islanmadan qorumaq üçün istifadə olunur. Həmçinin motosikl sürücülərinin gödəkcələri, şalvar və ayaqqabıları üçün də istifadə oluna bilər. İstifadədən sonra suyu keçirməyən, amma havanı keçirən qat yaratdığından, parçanın elastik qalmasını və nəfəs almasını təmin edir. Həmçinin parçanın üzərində yağ və kir ləkələrinin yaranmasının qarşısını alır. Tərkibində silikon yoxdur. 

Xüsusiyyətləri:

Aerozol qabında keton tərkibli rəngsiz maye, parçanın strukturuna hoparaq parçanı sukeçirməz edir. 

  • Parçanı su keçirtməkdən və islanmaqdan qoruyur
  • Parçaya su hopmasının, nəmlənməsinin qarşısını alır
  • Kir, çirk və ləkələrin yaranmasının qarşısını alır
  • Suyu itələyən, amma hava keçirən qat yaradır
  • Parça və dərinin elastikliyini və yumşaqlığını qoruyub saxlayır
  • İstənilən növ parça və dəri örtüklər üçün istifadə oluna bilər
  • Tərkibində silikon yoxdur

İstifadə qaydası:

İstifadədən öncə səthin təmiz və quru olduğuna əmin olun. Vasitəni təxminən 20 sm məsafədən parçanın/dərinin üzərinə, bütün səthini eyni qədər əhatə etməklə nazik qat olaraq spreyləyin. Yaxşı havalandırılan otaqda istifadə olunmalıdır. Otaqda istifadə olunduqda spreylədiyiniz parça və ya dəri quruyana qədər 1-3 saat ərzində otağın da havalandırılması tövsiyyə olunur.

 

15 AZN
Artikul:
1594