Şinə qulluq üçün köpük - Reifen Glanz Schaum

Təkər şinlərini təmizləmək və yeni kimi xarici görüntü vermək üçün effektiv qulluq vasitəsi.

Şinlərə təmiz və yeni kimi görüntü verən bu köpük artıq bir istifadədən şinlərin təmizlənməsi, qorunması və yaxşı xarici görüntü vermək üçün hazırlanmış xüsusi məhsuldur. Köpüyün tərkibindəki aktiv komponentlər şinin üzərindəki çirki effektiv təmizləyir, tərkibindəki silikonlar isə şinin vaxt keçdikcə solmuş səthinin yeni və keyfiyyətli görüntusunu bərpa edir. Bu vasitədən istifadə həmçinin şinlərin uzun müddət saxlanılması zamanı onları xarici zərərli təsirlərdən qoruyur.

İstifadə qaydası:

Istifadədən qabaq balonu yaxşı çalxalayın. Köpüyü nazik, bərabər qat olaraq şinin səthinə püskürdün və bir müddət gözləyin. Köpüyün səthdən ayırdığı çirk çox olarsa şinin səthini su şırnağı ilə yuya bilərsiniz. 

Diqqət: Şinləri təmizləyərkən təmizləyici vasitə əyləc diskinin üzərinə düşərsə, aşağı sürətdə əyləcdən istifadə etməklə əyləc diskini qurudub, əyləcin effektivliyinə əmin olun. İsti xrom və maqnezim tərkibli təkər disklərinin üzərinə vurmaq olmaz - disklərin soyumasını gözləyin. İkitəkərli nəqliyyat vasitələrində istifadə etmək olmaz.

18 AZN
Artikul:
1609