Hidrokrekinq texnologiyası (HC-sintez) ilə hazırlanan, benzin və dizel mühərriklər üçün universal, sintetik mühərrik yağı. API və ACEA kimi beynəlxalq standartların tələblərinə cavab verir, həmçinin BMW, Mercedes-Benz və Volkswagen Group kimi avtomobil istehsalçılarının öz mühərrikləri üçün təyin etdikləri orijinal yağ spesifikasiyalarına malikdir. Bu yağın oksidləşmə və yanmaya qarşı yüksək stabilliyi onu hətta çox yüklənmiş, turbinli / interkulerli mühərriklərdə və uzun yağdəyişmə intervalları ilə istifadə etməyə imkan verir. Avtomobil istehsalçısının təlimatından asılı olaraq bu yağın hətta 40 000 km-ə qədər intervallarla istifadəsi də mümkündür.
Leichtlauf High Tec 5W-40 mühərrik yağında son sintez texnologiyaları ilə hazırlanmış və yüksək qoruyucu xüsusiyyətlərə malik baza komponentlərindən istifadə olunur. Bundan əlavə yağın tərkibində aşınmadan qoruyan, yağ sistemində çirk və çöküntülərin yığılmasının qarşısını alan və mühərrikin bütün hissələrinin stabil yağlanmasını təmin edən xüsusi qatqı paketindən istifadə olunur.
Xüsusiyyətləri:
Aşağı və yuxarı temperaturlarda optimal yağlama
Çox yüksək aşınmadan qoruma göstəricisi
Çox aşağı yağ sərfiyyatı
Yağ sisteminin əla təmizliyi
Yanacağa qənaət və zərərli tullantıların aşağı miqdarı
Turbin və katalizatorlu mühərriklərdə istifadə oluna bilər
DQF (Dizel Qurum Filtri - DPF) ilə təchiz olunmuş dizel mühərriklərində istifadə oluna bilməz
Avtomobil istehsalşılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.
Leichtlauf High Tech 5W-40