İnjector təmizləyicisi - Direkt Injection Reiniger

Direkt Injection Reiniger qatqısı GDI, FSI, D4 və s. tipli birbaşa püskürtmə sistemlərində istifadə olunan yüksək təzyiqli injektorların (forsunkaların) təmizlənməsi üçün xüsusi vasitədir. Yüksək təzyiqli injektorların xüsusi stenddə təmizlənməsini əvəz edən bu vasitə injektorlarda toplanan çirkli çöküntüləri, his və qurumu effektiv təmizləməklə yanacaq sərfiyyatını azaldır və sistemin bahalı aqreqatlarını aşınma və korroziyadan qoruyur.

Xüsusiyyətləri:

Yuxarı temperaturlarda aktivləşən yuyucu qatqıların güclü paketi sayəsində injektorlarda yaranan bütün növ çirki təmizləyir. 

  • Mühərrikin optimal işini və yanacağın düzgün paylanmasını təmin edir
  • Bütün yanacaq sistemini, o cümlədən yanma kamerasını təmizləyir
  • Yanacaq sərfiyyatını azaldır
  • Xüsusilə katalizatorlu mühərrikər üçün nəzərdə tutulub
  • Bahalı konstruktiv elementləri aşınma və korroziyadan qoruyur
  • Mühərrikin soyuq işə düşməsini yaxşılaşdırır, stabil işləməsini təmin edir
  • Ətraf mühitə buraxılan zərərli maddələrin miqdarını azaldır

Direkt Injection Reiniger qatqısından ​istifadə müasir avtomobillərdə quraşdırılan yüksək təzyiqli injektorların çirklənməsi ilə əlaqədar problemləri asanlıqla həll etməyə imkan verir.

İstifadə qaydası:

1 flakon (500 ml) vasitə 70 litr benzin üçün nəzərdə tutulub və yanacaq çəninə əlavə olunur. Periodik olaraq texniki baxışdan keçərkən və injektorların çirklənməsi ilə əlaqədar problemlər  yarandıqda istifadə oluna bilər.

55 AZN
Artikul:
7554