DQF (DPF) təmizləmək üçün vasitə - Diesel Partikelfilter Schutz

Dizel mühərrikli müasir avtomobillərdə quraşdırılan Dizel Qurum Filtrinin (DQF, DPF, Сажевый Фильтр) təmizlənməsi və onun istismar müddətinin uzadılması üçün effektiv dizel qatqısı. Bu vasitədən periodik istifadə Dizel Qurum Filtrini təmiz saxlamağa, bahalı təmir işlərinin və vaxt itkisinin qarşısını almağa kömək edir.

Xüsusiyyətləri:

Spesifik iyi olan, sarımtıl rəngdə maye. Tərkibindəki katalizatorlar yanma kamerasındakı qurumun yanmasını sürətləndirir, qurum filtrinin özünütəmizləmə prosesinin başlanması üçün tələb olunan temperaturu azaldır.

  • Dizelin yanma prosesində əmələ gələn qurumun yaranmasını azaldır və onun toplanmasının qarşısını alır
  • ​Qurum filtrini təmizləyir, qoruyur və ekspluatasiya müddətini uzadır
  • DQF reqenerasiya prosesinə kömək edir
  • Yanacağın tam yanmasını təmin edir
  • Yanmış qazların xaricolma sisteminin işini yüngülləşdirir

Xüsusilə şəhər daxili və qısa məsafələrdə istifadə olunan avtomobillər Dizel Qurum Filtrinin tez çirklənməsi və tutulması problemi ilə üzləşirlər. Dizel Qurum Filtrinin (DPF) təmizlənməsi və dəyişdirilməsi bahalı iş prosesləri olduğundan, bu vasitədən vaxtaşırı istifadə etməklə təmirlə əlaqədar vaxtınıza və xərclərə qənaət edə bilərsiniz.

İstifadə qaydası:

Yanacaq doldurmamışdan öncə yanacaq çəninə əlavə edin. 250 ml həcmində olan 1 flakon qatqı 50-70 litr dizel yanacağına əlavə olunur. Hər 2000 km-dən bir istifadə olunması tövsiyyə olunur.

Diqqət: qeyd olunan nisbəttən artıq dozada istifadə etmək olmaz! Diesel Russ-Stop qatqısı ilə birlikdə istifadə etmək olmaz!
Bütün Dizel Yanacaq Qatqılarına keçid

13 AZN
Artikul:
5148/2298